10 Eylül 2019 Salı

Ballı südün hansı faydaları var? | Təbii İsmayıllı balı

Ballı süd hər birimiz içmişik və dadının gözəlliyini bilirik. Bəs bu möhtəşəm qarışımın xeyirləri haqqında məlumatınız var?

Yoxdursa, bir neçəsi haqqında məlumat verək sizlərə:

Məlumatlardan öncə xüsusi qeyd kimi bildirək ki, balı südün isti vaxtı qatılarsa, (ümumiyyətlə suya qatılan zaman) onun sadəcə möhtəşəm şirin tamı qalacaq və vitaminlərini itirəcək. Tövsiyyə edirik ki, balı ilıq südə qatasınız.

1. Yorğunluğu aradan qaldırır.

- Əgər gününüz yorğun keçirsə, ballı süd içməyi tövsiyyə edirik. Bu qarışım maddələr mübadiləsini sürətləndirir, yorğunluğu və yuxusuzluğu aradan qaldırır. Səhərlər isə yuxudan oyandıqda ballı süd içməniz gün ərzində gümrah hiss etmənizə səbəb olacaq. Ballı süd hətta əsəb sisteminizi sakitləşdirəcək.

2. Soyuqdəyməniz olduqda,
Mütləq ballı süd için ki, xəstəliklərə qarşı qorunasınız. Çünki, bu möhtəşəm qarışıq qış aylarında sizi soyuqdəymə, qrip, boğazağrısı, öksürəyə qarşı qoruyacaqdır. Ballı süd həm də bəlğəmgətirici funksiyası sizi bəlğəmdən azad edəcək.

3. Sümüklərinizi daha möhkəm edəcək.
Balın bədəndə maddələri daşımaq, südün isə kalsiumla zəngin olması bəlkə də hər birimizə məlumdur. Bal südün tərkibindəki, kalsiumu sümüklərə daşıyaraq onların daha sağlam və möhkəm olmasını təmin edəcəkdir. Buna görə övladlarınızın qidası arasında Ballı Südün olması vacibdir.

4. Xərçəng riskini azaldın.
Bala südün möhtəşəm qarışığı xərçəng riskini azaldır. Çünki balın antioksidant xassəsi vardır.

Dəyərli oxucular, yuxarıdakı məlumatlar, sadəcə Ballı Südün faydalarından bir neçəsi idi. Yuxarıdakı məlumatlar, təbii balla südün qarışımı olduqda keçərlidir, əks halda ballı süd sizə mənfi təsirlər göstərəcək.
-
Təbii bal sifarişi üçün:
◆ İsmayıllı ş., Kəlbənd kəndi
📞 +994707163550