Dünyada arı sancmayan insanlar bəlkə də barmaqla göstəriləcək saydadır.
Arı sancması bir çox xəstəliklərə xeyirdir. Oynaq revmatizmininvə sinir xəstəliklərin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir. Arı sancmasından qaynaqlanan
maye zəhərin oynaq iltihabını müalicə etməyə və hətta qarşısını almağa xeyri var. Arı zəhəri hemoqlobinin miqdarını çoxaldır, qanın axıcılığını və laxtalanmasını azaldır, ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır.
Bu xeyirləri əfsuslar olsun ki, bir çox şəxslərdə arı sancması zamanı gözə görsənmir, yəni o şəxslərdə alergik təsirləri vardır. Bu zaman arı sancan şəxsə vaxtında ilkin yardım göstərilməzsə, ölümlə nəticələnə bilər.
Arı sancan zaman ağrı çox narahat edirsə, hər hansı ağrıkəsici preparat (parasetamol, analgin, aspirin) vermək olar. Uşaqlara hərarətsalan preparatlardan biri verilir. Bu preparatlar həmçinin ağrıkəsici kimi istifadə olunur.
- Sancılmış yeri axar su ilə yuyun, istənilən antiseptik (perekis, spirt və s.)
- Şəxsə bol maye (isti çirin çay, şirin su) verin.
Əgər arının sancmasından sonra allergiyanın əlamətləri (Bədəndə ağır şişlər, halsızlıq, baş ağrısı, başgicəllənmə, ürəkbulanması, arterial təzyiqin kəskin enməsi, nəbzin artması, təngnəfəslik, bəzən hətta qıcolmalar və bayılma) meydana çıxıbsa, xəstəni dərhal xəstəxanaya çatdırın.
Sağlam bir ömür diləyilə, "Bal var bal" kollektivi!
-
Təbii bal sifarişi üçün:
◆ İsmayıllı ş., Kəlbənd kəndi
📞 +994707163550
